Agentlik sədri: “Parkovşik”ləri himayə edənlər var”

9 Baxış

“Xüsusilə qeyd edilməli məqamlardan biri “parkovşik” adlanan şəxslərin bizə yaxından-uzaqdan aidiyyətinin olmamasıdır”. 

Oxu.Az xəbər verir ki, bu sözləri Bakı Nəqliyyat Agentliyinin İdarə Heyətinin sədri Vüsal Kərimli deyib. 

O bildirib ki, həmin şəxslərin arxasında müəyyən himayədarları var. 

BNA rəsmisi bildirib ki, həmin park yerlərində vətəndaşın daşınan əmlakına ziyan vurulsa belə, bu ziyan qarşılanmır: 

“Bakı şəhərində tariflər tətbiq olunmadan vəsaitlərin yığılmasından söz gedə bilməz. Hər hansı parkda duran şəxsə BNA tərəfindən vəsiqə verilməyib. Mənə də yaxınlaşıblar, məsələ araşdırılıb və məsələ qanun çərçivəsində həll edilib”. 

V.Kərimli onu da əlavə edib ki, parklanma məsələsi qaldırılanda fərqli-fərqli kanallar, istiqamətlərdən qara piar aparırlar: 

“Məqsədimiz Bakı şəhərində yeraltı və yerüstü qarajlara investiyaların cəlb edilməsi idi. Gəliri və tarifi hesablanmadan investisiyanı cəlb edə bilmirik”. 

O, həm də parklanma ilə bağlı ilkin pilot layihənin Naxçıvani küçəsində tətbiq ediləcəyini də qeyd edib: 

“Orada fərqli parklanma siyasəti tətbiq edəcəyik. Bundan sonra bu, Bakı şəhərinin mərkəzini və ətraf ərazilərini əhatə edəcək və “parkovşik” məsələsi daha qalmayacaq”.

Könül Cəfərli

 


Məlumat oxu.az saytından götürülmüşdür.