Nazirlik rəsmisi: “Ermənilər 1400 illik ağacları məhv edib”

5 Baxış

“İşğala qədərki dövrdə Füzuli rayonunda təbiət abidəsi statusuna malik 11 Şərq çinarı olub və bu ağacların hamısı işğal dövründə məhv edilib”.

Oxu.Az-ın məlumatına görə, bunu Ekologiya və Təbii Sərvətlər Nazirliyinin sektor müdiri Mehman Nəbiyev Füzuli və Xocavəndə səfər çərçivəsində jurnalistlərə açıqlamasında bildirib.

Onun sözlərinə görə, həmin təbiət abidələri sırasında hətta 1400 ilə qədər yaşı olan ağaclar olub:

“Bu cür hal Cəbrayıl, Zəngilan, Qubadlı və Ağdam rayonlarının ərazisində də baş verib və bütün təbiət abidələri kəsilərək məhv olub. Bu rayonlar ərazisində 138 ədəd təbiət abidəsi olub ki, onlardan 127-si düşmən tərəfindən məhv edilib. Onların 117-si Şərq Çinarıdır”.

“Bu təbiət əraziləri Azərbaycan SSR-i Nazirlər Sovetinin 1982-ci il tarixli qərarı ilə xüsusi qorunma statusu qazanılıb və qorunan abidələr siyahısına daxil edilib. Düşmən bu abidələri məhv etməklə bizim mənəvi irsimizə də terror həyata keçirib”, deyə M.Nəbiyev qeyd edib.

İlhamə Əbülfət


Məlumat oxu.az saytından götürülmüşdür.