Nazirlik rəsmisi: “Ermənilər ağacları kəsməklə yanaşı onların kötüklərini də yandırıblar”

6 Baxış

“Azərbaycan florasında ümumilikdə beş minədək ali bitki növünə rast gəlinib. Bunlardan 2200-ü (42 faizi) Qarabağ və ətraf ərazilərdə yayılan növlərdir”.

Oxu.Az-ın məlumatına görə, bunu Ekologiya və Təbii Sərvətlər nazirinin müavini Vüqar Kərimov Füzuli və Xocavəndə səfər çərçivəsində jurnalistlərə açıqlamasında bildirib.

O qeyd edib ki, işğal dövrünədək Füzuli rayonunun meşə fondunun ümumi sahəsi 124 hektar təşkil edirdi ki, bunun da 108 hektarı meşə ilə örtülü idi:

“Peyk təsvirlərinə əsasən işğal dövründə 57 hektar meşə sahəsinin məhv edildiyi müəyyən olunub. Vaxtilə rayon ərazisində təbiət abidəsi statusuna malik 11 ədəd şərq çinarı olub və bu ağacların hamısı işğal dövründə məhv edilib”.

“Ermənilər yaşı 100 illərlə ölçülən bu ağacları kəsməklə yanaşı onların kötüklərini də yandırıblar”, – deyə Kərimov əlavə edib.

İlhamə Əbülfət


Məlumat oxu.az saytından götürülmüşdür.