Ağdamda üç min hektardan çox sahə minalardan təmizlənib

6 Baxış

Ağdam rayonunun işğaldan azad edilən 3 037 hektar əkin sahəsi mina və partlamamış sursatlardan təmizlənib.

Bu barədə Trend-ə Ağdam Rayon İcra Hakimiyyətindən məlumat verilib.

Məlumatda qeyd edilir ki, ərazilərin minalardan təmizlənməsi prosesi davam etdirilir: 

“Hələlik rayonun işğaldan azad edilən əkin sahələri təmizlənir. Təmizlənmiş sahələrin 2200 hektarına buğda əkilib”.


Məlumat oxu.az saytından götürülmüşdür.