Baloğlan Əşrəfovun son mənzili – VİDEO

6 Baxış

Əməkdar artist Baloğlan Əşrəfov bu gün səhər saatlarında doğulduğu Masallı rayonunun Bədəlan kəndində valideynlərinin yanında dəfn olunub. 

Ötən gecə koronavirusdan vəfat edən sevilən müğənnininin dəfn mərasimi pandemiya qaydalarına uyğun olaraq, məhdud sayda şəxsin iştirakı ilə həyata keçirilib. 

1951-ci ilin 8 oktyabrında dünyaya gələn B.Əşrəfov Xanoğlan və Şüküfə Əşrəfovlar ailəsinin yeganə övladı olub. Onun keçdiyi 50 illik sənət yolu sevilən müğənnini nəinki doğulduğu kəndin, rayonun, bütün Azərbaycanın sevimlisinə çevirib.

Sadəliyi, səmimiliyil seçilən Baloğlan Əşrəfov xalqa yaxın müğənnilərdən olub. Təbii ki bu sevgi də qarşılıqsız qalmayıb. 2007-ci ildə qaraciyər serrozundan əziyyət çəkən tanınmış müğənniyə onu sevənlər donor olmaq üçün növbəyə durub.  

Böyüyüb başa çatdığı kəndində də hər kəs böyük fəxarətlə söz açır Baloğlan Əşrəfovdan. Yüzlərlə, bəlkə də minlərlə el şənliklərində gəncələrə xeyir-dua verən müğənninin öz elində-obasında çoxlarına əl tutduğunu, kasıb toylarında təmənnasız iştirak etdiyini bildiriblər.

Baloğlan Əşrəfovun ölüm xəbərinə kimsə laqeyd qalmadı. Adi vətəndaşlardan tutmuş sənət dostlarına kimi hər kəs bu acıya şərik oldular. 

Qeyd edək ki, Əməkdar artist Baloğlan Əşrəfovun dəfn mərasimi pandemiya qaydalarına uyğun olaraq, məhdud sayda şəxsin iştirakı ilə həyata keçirilib.


Məlumat oxu.az saytından götürülmüşdür.