Fövqəladə Hallar Nazirliyi yanında İctimai şuraya seçki keçirilib – FOTO/VİDEO

5 Baxış

“İctimai iştirakçılıq haqqında” Azərbaycan Respublikasının Qanununa və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 30 may 2014-cü il tarixli 171 nömrəli Qərarı ilə təsdiq edilmiş “İctimai şuranın vətəndaş cəmiyyəti institutları tərəfindən seçilməsinə dair Əsasnamə”nin tələblərinə uyğun olaraq, Fövqəladə Hallar Nazirliyi yanında İctimai şuraya seçki keçirilib.

FHN-dən verilən məlumata görə, tədbirdə Fövqəladə Hallar nazirinin müavini Tapdıq Əmiraslanov iştirak edib.

Qeyd edək ki, vətəndaş cəmiyyəti institutlarından şuraya üzv olmaq üçün 15 nəfərin namizədliyi təsdiq edilib. Seçkidə seçici kimi iştirak etmək üçün vətəndaş cəmiyyəti institutlarından qeydə alınmış 41 təmsilçidən 27-si iştirak edib.

Şəffaf şəkildə keçirilmiş seçkinin yekunu olaraq Fövqəladə Hallar Nazirliyi yanında İctimai şuranın 15 nəfərdən ibarət aşağıdakı tərkibi seçilib:

Abbasova Vəfa Zahid qızı“Azərbaycan Qadınları Respublika Cəmiyyəti” İctimai Birliyinin sədr müavini


Məlumat oxu.az saytından götürülmüşdür.