Aşmış ağacların yerinə yeniləri əkildi – FOTO

4 Baxış

Sumqayıt şəhəri, Nərimanov küçəsi 3-cü məhəllə ünvanında ağacların kəsilməsi ilə bağlı sosial şəbəkələrdə yayılmış məlumat Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin əməkdaşları tərəfindən yerində araşdırılıb. 

Xidmətin Regional Ekologiya İdarəsinin rəsmisi Fərid Piriyevin sözlərinə görə aparılan araşdırma zamanı məlum olub ki, sözügedən ünvanda bir neçə il bundan öncə dörd qovaq ağacı güclü külək nəticəsində aşıb və Sumqayıt şəhər Yaşıllaşdırma Təsərrüfatı Birliyi tərəfindən doğranaraq ərazidən yığışdırılıb. 

“Regional Ekologiya İdarəsinin əməkdaşlarının nəzarəti altında birliyin işçiləri tərəfindən sözügedən ərazidə aşmış ağacların yerinə bu gün yeni ağacların əkilməsi təmin edilib”.


Məlumat oxu.az saytından götürülmüşdür.