Xəzərin səviyyəsinin enməsi ilə bağlı AÇIQLAMA

7 Baxış

“Xəzər dənizinin səviyyəsi mütəmadi olaraq dəyişir”. 

Oxu.Az-ın məlumatına görə, bu barədə Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Bioloji Müxtəlifliyin Qorunması Xidmətinin Bioloji resursların tədqiqatı mərkəzinin direktoru Mehman Axundov bildirib.

Onun sözlərinə görə, Xəzər dənizinə axan çayların da həcmi azalır:

“Xəzərin səviyyəsinin enməsi Volqa və Kür çayının suyunun azalması ilə bağlıdır. Dənizin səviyyəsinin enməsi həmçinin Kür çayının yatağında qrunt sularının artmasına səbəb olur”.

Azərbaycan Milli Elmlər Akademiyasının Zoologiya İnstitutunun aparıcı elmi işçisi Süleyman Süleymanov isə bildirib ki, son vaxtlar Xəzər dənizinin səviyyəsi enir:

“Bu da köçücü və yarımköçücü balıqların kürüləmə yerlərinə bilavasitə təsir edir”.

İlhamə Əbülfət


Məlumat oxu.az saytından götürülmüşdür.