Azərbaycanda neçə nəfər vaksinasiya edilib? – RƏSMİ

8 Baxış

Bu gün Azərbaycanda 16 583 nəfərə vaksin vurulub.

Bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargah məlumat yayıb.

Bildirilib ki, birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 7 374, ikinci mərhələdə isə bu rəqəm 9 209 nəfər təşkil edib.

Bu günə qədər Azərbaycanda ümumilikdə 1 440 243 ədəd vaksin vurulub.

Ölkə üzrə ümumilikdə birinci mərhələdə peyvənd olunanların sayı 946 834 nəfər təşkil edib. İkinci mərhələdə isə bu rəqəm 493 409 olub.


Məlumat oxu.az saytından götürülmüşdür.