Azərbaycanda daha bir məktəb koronavirusa görə bağlanıb

7 Baxış

Biləsuvar rayonunda daha bir məktəbdə tədris onlayn rejimdə davam etdiriləcək.

“Report” xəbər verir ki, buna səbəb Bəydili kənd orta məktəbinin bir neçə müəlliminin koronavirusa yoluxması olub.

Qeyd edək ki, bundan öncə də rayondakı Nizami məktəbi koronavirusa görə fəaliyyətini dayandırmışdı.


Məlumat oxu.az saytından götürülmüşdür.