Sahibkarlara 180 milyon manat güzəştli kredit verilib

18 Baxış

2020-ci ilin oktyabrda İpoteka və Kredit Zəmanəti Fondunun (İKZF) zəmanəti ilə 59 milyon manatadək biznes krediti verilib.

İKZF-dən verilən məlumata əsasən, oktyabr ayında Fondun zəmanəti ilə sahibkarlar 58,6 milyon manatdan çox kredit əldə edib. Bununla da bugünədək zəmanət və faiz subsidiyasının tətbiqi ilə sahibkarlara verilən kreditlərin məbləği 180 milyon manatı ötüb.

Zəmanət verilmiş kreditlərin orta müddəti 31 ay, verilmiş subsidiyalar hesabına borcalanlar tərəfindən ödəniləcək kreditlər üzrə faiz dərəcəsi isə 6,5 faiz təşkil edir.

Bu kreditlər vasitəsilə biznes layihələrinin maliyyələşməsi hesabına 2700-dən çox yeni iş yerinin açılması təmin ediləcək. Fondun zəmanəti hesabına bir borcalana verilən kreditlərin məbləği 40 min manatdan 5 milyon manatadək təşkil edib.


Məlumat oxu.az saytından götürülmüşdür.