Kanalda boğulan yeniyetmənin meyiti tapıldı

8 Baxış

Siyəzən rayonunda suda batan yeniyetmənin meyiti tapılıb.

Oxu.Az-ın məlumatına görə, 2007-ci il təvəllüdlü, Siyəzən rayon sakini Murad Quliyev meyiti su kanalında tapılıb.

Onun meyiti Fövqəladə Hallar Nazirliyin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu tərəfindən tapılaraq kanaldan çıxarılıb və aidiyyəti üzrə təhvil verilib.


Məlumat oxu.az saytından götürülmüşdür.