Nazirlik əməkdaşı: “Avtobuslarla bağlı qadağanın effektivliyini görsək…” – VİDEO

5 Baxış

“Koronavirusa yoluxma sayı artmaqdadır, lakin yenə də ciddi təlaşa ehtiyac görmürəm. Çünki peyvəndlənməyə başlamışıq deyə prosesin qarşısını almağı düşünürük”.

Bunu “ARB 24”ün “İşgüzar səhər” verilişinə açıqlamasında Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzinin (İSİM) əməkdaşı Könül İsmayılova deyib.

O bildirib ki, peyvəndlənmə prosesi bu gedişatla davam edərsə, aidiyyəti qurumlar yumşaldılma ilə bağlı qərar verə bilər:

“Peyvəndlənmə prosesi bu sürətlə davam edərsə, əhalinin 60-70 faizinin peyvəndlənməsinə nail olacağıq. Bu gedişat isə brifinqdən sonra yumşaldılmanın nə dərəcədə tətbiq edilməsini göstərəcək”.

Həkim onu da qeyd edib ki, avtobuslarla bağlı qəbul edilən qərarın effektivliyi olarsa, yumşaldılmalara gedilə bilər:

“Adətən, qadağalar tətbiq olunduqdan sonra yoluxma sayında azalmalar müşahidə olunur. Bu qadağanın da effektivliyini görsək, yumşaldılmalar gözlənilə bilər”.


Məlumat oxu.az saytından götürülmüşdür.