Gəncədə 54 yaşlı kişi özünü binadan ataraq intihar edib
6 Baxış

Gəncə şəhərində intihar hadisəsi olub.
Oxu.Az xəbər verir ki, hadisə şəhərin Fikrət Əmirov küçəsində baş verib. Gəncə sakini, 54 yaşlı Razim Qurbanov həmin küçədə yerləşən 5 mərtəbəli binaların birinin damından özünü atıb.
O, aldığı xəsarətdən hadisə yerindəcə vəfat edib.
Faktla bağlı Gəncə şəhər Prokurorluğunda araşdırma aparılır.
Məlumat oxu.az saytından götürülmüşdür.