Nazir müavini: “Bizim qurub yaratdığımız evlərdə 30 il yaşadılar və gedəndə oranı yandırdılar”

4 Baxış

“İşğaldan azad olunan torpaqlarımızda ekologiyaya dəymiş ziyanın hesablanması ilə bağlı müvafiq işlər görülür”.

Oxu.Az-ın məlumatına görə, bunu Zəngilanda jurnalistlərə açıqlamasında Ekologiya və Təbii Sərvətlər nazirinin müavini Firdovsi Əliyev bildirib.

Onun sözlərinə görə, Azərbaycan ekologiya ilə bağlı 20-yə yaxın konvensiyanın tam hüquqlu üzvüdür:

“Beynəlxalq konvensiyanın mütəxəssisləri bizimlə birlikdə monitorinqlərdə iştirak edəcək. Bu zaman onlar erməni vandallığının şahidi olacaqlar. Bizim Qarabağ bölgəsində yeraltı və yerüstü qiymətli yataqlarımız var. Mineral su ehtiyatlarının 40 faizi bu bölgədə formalaşıb”.

O qeyd edib ki, mənfur düşmən ölkəmizin faydalı yataqlarını da dağıdıb:

“Bizim qurub yaratdığımız evlərdə 30 il yaşadılar və gedəndə oranı yandırdılar. Bu illər ərzində 100 min hektar ərazidə yanğınlar törədib, flora və faunamıza ciddi ziyan vurublar. Bununla bağlı araşdırma aparılır. Bu məsələ ilə bağlı beynəlxalq qurumlar qarşısında məsələ qaldırılacaq”.

İlhamə Əbülfət


Məlumat oxu.az saytından götürülmüşdür.