Küləkli hava SOCAR-ın işinə necə təsir edib? – AÇIQLAMA

4 Baxış

SOCAR işçilərini təxliyə etməyəcək.

Bu barədə Oxu.Az-a Dövlət Neft Şirkətindən (SOCAR) məlumat verilib.

Bildirilib ki, hava şəraiti ilə əlaqədar açıq səthlərdə aparılan işlər məhdudlaşdırıb. Lakin, küləyin sürəti proqnozlara görə tufan həddinə çatmadığına görə işçilərin təxliyəsi nəzərdə tutulmur.

Qeyd edək ki, ölkə ərazisində hökm sürən küləkli hava şəraiti ilə əlaqədar Fövqəladə Hallar Nazirliyi əhaliyə müraciət edərək təhlükəsizlik naminə ciddi zərurət olmadan güclü küləkli havada bayıra çıxmamağı tövsiyə edib. 

Nigar Məmmədova


Məlumat oxu.az saytından götürülmüşdür.