“Azərişıq” ASC-nin əməkdaşları vaksinasiya edilir – FOTO

9 Baxış

Bu gündən “Azərişıq” ASC-nin əməkdaşlarının vaksinasiyası başlayıb. Ümumilikdə 4 gün ərzində davam edəcək vaksinasiya TƏBİB-lə birgə həyata keçirilir.

Oxu.Az xəbər verir ki, “Azərişıq” ASC-nin mətbuat xidmətinin rəhbəri Vaqif Mustafayev bildirib ki, 1000-ə yaxın əməkdaşın peyvəndlənməsi nəzərdə tutulub:

“Daim əməkdaşlarının təhükəsizliyinə və sağlamlığına üstünlük verən “Azərişıq” pandemiya başladığı dövrdən də bütün qaydalara riayət edib.

Qarşıdakı 4 gündə könüllülük prinsipi əsasında 40-50 yaş arası 1000-ə yaxın əməkdaşımız peyvəndlənəcək. Amma əgər müraciət olarsa 50 yaşdan yuxarı əməkdaşlarımızın da vaksinasiyası üçün şərait yarada bilərik”.

TƏBİB nümayəndəsi Günel Məmmədova isə bildirib ki, hazırda ölkə ərazisində olduğu kimi “Azərişıq” əməkdaşlarına da Çinin “Sinovac” şirkətinin “CoronaVac” vaksini vurulacaq:

“Hər gün üçün təxminın 200 nəfər “Azərişıq” əməkdaşının peyvəndlənməsi nəzərdə tutulur”-deyə o əlavə edib.


Məlumat oxu.az saytından götürülmüşdür.