İmişlidə nişan məclisi yarımçıq qaldı: Cəzalanan var – FOTO

7 Baxış

İmişli rayonunda nişan məclisi təşkil edən şəxs məsuliyyətə cəlb olunub.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Bərdə regional qrupundan verilən məlumata görə, İmişli Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən həyata keçirilmiş tədbirlər zamanı rayonun Göbəktala kənd sakini Rövşən Məmmədov yaşadığı evin həyətində qonaqların iştirakı ilə öz övladına nişan məclisi təşkil etdiyi müəyyən edilib.

R.Məmmədov barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsi ilə protokol tərtib olunub, məclisin iştirakçılarına isə xəbərdarlıq edilib.


Məlumat oxu.az saytından götürülmüşdür.