Ətdən ikiqat baha quzuqarnı – VİDEO

5 Baxış

İsmayıllıda göbələk növü olan quzuqarnı mövsümü başlayıb.

Göbələyin bu növü olduqca faydalıdır. Əsasən meşəlik ərazilərdə rütubətli yerlərdə, ağac köklərində bitir. 

İsmayıllının Sumağallı kəndində bu bitki olduqca sevilir. Buna səbəb isə insanlar bu mövsümdə adətən qida rasionuna bu cür bitkiləri salır. 

Quzuqarnının ömrü azdır, bu mövsüm çıxır, bir həftə sonra isə onu tapmaq olmur.

Qiyməti olduqca bahadır. Bir kiloqramı 30-35 manat arasında dəyişir. 

Daha ətraflı Baku TV-nin süjetində:


Məlumat oxu.az saytından götürülmüşdür.