Rəmişin hansı qəbiristanlıqda dəfn olunacağı məlum oldu

18 Baxış

Xalq artisti Rafiq Hüseynov (Rəmiş) sabah “Qurd qapısı” qəbiristanlığında dəfn ediləcək.

Bu barədə “Report”a onun ailə üzvləri məlumat veriblər

Dəfn mərasimi sabah – aprelin 6-da baş tutacaq.

Qeyd edək ki, 76 yaşlı gitaraçı yanvarın 28-də ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib. O, qaraciyər çatışmazlığından əziyyət çəkirdi. R.Hüseynov bu gün müalicə olunduğu xəstəxanada dünyasını dəyişib.


Məlumat oxu.az saytından götürülmüşdür.