Gəncə sakinində həm silah, həm də narkotik aşkarlandı

3 Baxış

Gəncə sakinində silah və narkotik aşkarlanıb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Gəncə regional qrupundan verilən məlumata görə, Gəncə Şəhər Baş Polis İdarəsinin (ŞBPİ) Nizami Rayon Polis İdarəsinin (RPİ) əməkdaşlarının daxil olan məlumat əsasında keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində qanunsuz olaraq narkotik maddə əldə edib saxlamaqda şübhəli bilinən, əvvəllər bir neçə dəfə məhkum olunmuş, şəhər sakini Xəyal Talıbov saxlanılaraq RPİ-nə gətirilib. Onun üzərində şəxsi axtarış keçirilən zaman çəkisi 50.76 qram narkotik maddə olan heroin aşkar edilərək götürülüb.

Davam etdirilən istintaq-əməliyyat tədbirləri nəticəsində, X.Talıbovun şəhər ərazisindəki fərdi yaşayış evinə baxış keçirilib. Baxış zamanı oradan sellofan torbada bir ədəd, müvafiq sənədi olmayan, qundağı və lüləyi kəsilmiş, atəşə yararlı tüfəng aşkar edilərək götürülüb.

Faktla bağlı araşdırmalar davam etdirilir. 


Məlumat oxu.az saytından götürülmüşdür.