Şamaxı şəhərində yaradılan “YAŞA” mərkəzinin fəaliyyəti davam edir – FOTO

6 Baxış

Heydər Əliyev Fondunun “Regional İnkişaf” İctimai Birliyinin elan etdiyi “Sosial layihələr” müsabiqəsinin qaliblərindən olan “Üçüncü Bahar” layihəsi çərçivəsində Şamaxı şəhərində yaradılan “YAŞA” mərkəzinin fəaliyyəti davam edir. 

Mərkəzdə mütəmadi olaraq poeziya və kino günləri, rəsm, qurama, mobil telefonlardan istifadə və şahmat üzrə təlimlər keçirilir. Həmçinin nəsillərarası dialoqun inkişaf etdirilməsi məqsədilə yaşlı nəslin nümayəndələri öz nəvələri ilə mərkəzə dəvət olunaraq müxtəlif növdə əl işlərinin hazırlanması fəaliyyətlərində birgə iştirak edirlər. 

Bu günədək ümumilikdə 54 nəfər mərkəzin xidmətlərindən yararlanıb. Xatırladaq ki, Heydər Əliyev Fondunun “Regional İnkişaf” İctimai Birliyinin və Kapital Bankın maliyyə dəstəyi, “Üçüncü Bahar” İctimai Birliyinin təşəbbüsü ilə yaradılan mərkəzin əsas məqsədi yaşlıların əhatə dairəsinin genişləndirilməsi, onların fəal yaşamasının təbliğ olunması, yaşlı insanlar üçün özünüməşğulluq imkanlarının yaradılması, psixoloji və sağlamlıq durumlarının yaxşılaşdırılmasıdır. “YAŞA” mərkəzində maarifləndirmə, sağlamlıq, yaradıcılıq istiqamətində təlim və tədbirlər həyata keçirilir. 

Ətraflı məlumat almaq üçün 020 265 05 07 və ya 055 516 50 02 nömrələrinə müraciət etmək olar.


Məlumat oxu.az saytından götürülmüşdür.