Salyanda su kanalı kənddə gediş gəlişi çətinləşdirdi – FOTO

3 Baxış

Salyan sakinləri kənd yollarının yararsız vəziyyətdə olmasından şikayət edir.

Bu barədə məlumat sosial şəbəkədə paylaşılıb.

Söhbət rayonun Xələc kəndindən gedir. Məlumata görə, kənddə su kanalı qazılıb və bu yaşayış məntəqəsinə gedən yolu demək olar ki bağlayıb. 

Kənd sakinləri əkin, örüş sahəsinə maşınla gedə bilmirlər.

Məlumatda o da qeyd olunub ki, sakinlər aidiyyatı qurumlara müraciət etsələr də, şikayətlərinə baxılmayıb.

Məsələ ilə bağlı Oxu.Az-a açıqlama verən Xələc kənd bələdiyyəsinin sədri Vəfadar Əliyev bildirib ki, bu kəndə gedən yol deyil:

“Bu yoldan kənd sakinləri çox istifadə etmir. Əslində buradan mal-qaranı örüş sahəsinə ötürmək üçün istifadə edirlər. Hər il su kanalı qazılır. Bu il yol istiqamətindən qazılıb. Qazıntılar zamanı çıxan palçıq yol kənarına töküldüyü üçün kənd sakinləri narahatdır. Lakin ən qısa zamanda bu həll olunacaq. Palçıq quruduqdan sonra yol qaydasına salınacaq”.


Məlumat oxu.az saytından götürülmüşdür.