Sürücülərin DİQQƏTİNƏ: Paytaxtın bəzi yollarında sürət həddi endirildi

7 Baxış

Yağışlı hava şəraiti ilə əlaqədar bəzi yollarda sürət həddi endirilib.

Bu barədə Oxu.Az-a Bakı Nəqliyyat Agentliyindən (BNA) məlumat verilib.

Bildirilib ki, hazırda paytaxtda müşahidə edilən yağıntılı hava şəraiti ilə əlaqədar Heydər Əliyev prospekti – Hava Limanı – Bilgəh və Zığ dairəsi – Hava limanı avtomagistrallarında bütün zolaqlar üzrə sürət həddi 20 km/saata endirilib.

Sürət həddinin endirilməsində məqsəd hərəkətin təhlükəsizliyini təmin etməkdir.


Məlumat oxu.az saytından götürülmüşdür.