Salyanlı kolleksioner yığdığı pulları muzeyə vermək niyyətindədir – VİDEO

9 Baxış

Salyan rayonunda çayçılıqla məşğul olan şəxs müxtəlif dövrlərə aid qədim sikkələr və pul əskinasları toplayıb.

Baku TV xəbər verir ki, şəhərin M.F.Axundzadə küçəsində yaşayan 69 yaşlı Fəxrəddin Əliyev xeyir-şər məclislərində çayçılıqla, eləcə də pul yığmaqla məşğul olub. 

O, rayonda həm çayçı, həm də numizmatik Fəxrəddin kimi tanınıb. İlk dəfə 1910-cu ildə dövriyyəyə buraxılan 100 rublluq əskinası əldə etdikdən sonra pul yığmaqla məşğul olub. 
F.Əliyev 40 ildən çoxdur yığdığı pulları gələcəkdə tarix-diyarşünaslıq muzeyinə vermək niyyətindədir. 

Ətraflı süjeti təqdim edirik:


Məlumat oxu.az saytından götürülmüşdür.