Aqil Abbas könüllülərə veteranlıq statusu verilməməsinə etiraz etdi

10 Baxış

Milli Məclisin iclasında deputat Aqil Abbas Vətən müharibəsində könüllü iştirak edənlərə veteranlıq status verilməməsi ilə bağlı məsələyə toxunub.

Oxu.Az-ın məlumatına əsasən, deputat deyib ki, könüllülərin əlində hərbi biletlərinin nömrəsi, harada döyüşdükləri barədə məlumat var.

“Ancaq onlara deyirlər ki, könüllü gəlmisən. “Bəs onda bizi niyə müharibəyə çağırmısınız” deyə cavab verirlər. İndi də onlara veteranlıq vermirlər. Məsələ 80 manatda deyil. Onlar bildirir ki, müharibədə iştirak etdiklərini uşaqlarına da başa salmaq istəyirlər”, – deyə A.Abbas əlavə edib.


Məlumat oxu.az saytından götürülmüşdür.