Daha iki şəhid övladının zəruri xərcləri “YAŞAT” Fondu tərəfindən qarşılanıb – FOTO

10 Baxış

“YAŞAT” Fondunun Vətən müharibəsindən sonra dünyaya gələn şəhid övladları üçün layihəsi davam edir.

Fonddan bildirilib ki, daha iki şəhidimizin yeni doğulan övladlarının, şəhid Orxan Bəxtiyarovun Gəncə şəhərində doğulan övladı Nəfəsin, şəhid Qəzənfər Mütəllimovun Sumqayıt şəhərində doğulan övladı Nişanənin zəruri xərcləri fond tərəfindən qarşılanıb. 

Bu məqsədlə 1 000 AZN anaya təqdim olunub. Dünyaya yeni göz açan körpənin adına 5 000 AZN-lik hesab açılacaq. Həmin hesaba vəsait fonda edilən ianələr hesabına toplanmış məbləğdən köçürülür. Həmin məbləğin üzərinə mütəmadi olaraq faiz toplanılacaq və həmin şəhid övladı 18 yaşına çatdıqdan sonra toplanan məbləği özü hesabından çıxara biləcək.

Qeyd edək ki, bankla ana arasında bağlanmış müqaviləyə əsasən bəzi zəruri hallarda ana həmin vəsaiti daha tez çıxara bilər. Həmçinin ana həmin məbləği istənilən valyutaya da dəyişə bilər.

Xatırladaq ki, “YAŞAT” Fonduna müraciət etmək və fondun fəaliyyəti ilə tanış olmaq üçün yashat.gov.az portalı istifadədir.

Fondun hesabatlılığı ilə tanış olmaq üçün keçid: https://yashat.gov.az/report/tableau

Qaynar xətt: 8110 “Çağrı” Mərkəzi.


Məlumat oxu.az saytından götürülmüşdür.