Deputatdan Ramiz Mehdiyevə ittihamlar

5 Baxış

Milli Məclisin iclasında deputat Etibar Əliyev Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti Ramiz Mehdiyevi tənqid edib.

Oxu.Az-ın məlumatına görə, E.Əliyev deyib ki, Ramiz Mehdiyev AMEA-nı özünün istədiyi inzibati bir sistemə çevirib.

“Ramiz Mehdiyev özünün qisasçı və inzibatçı iş sistemini AMEA-ya da gətirib. Bununla da əmək qanunvericiliyinin tələblərini kobud sürətdə pozmağa başlayıb”, – deyə E.Əliyev əlavə edib.

Onun sözlərinə görə, R.Mehdiyev xüsusilə də Əmək Məcəlləsinin 70-ci maddəsinin C bəndini əlində rəhbər tutaraq işçiləri işdən azad edir.

“Bu yaxınlarda da bir institut direktorunu bu bəndlə işdən çıxarıb. AMEA-da bu işləri keçmiş bir Rasim Ağasiyev adlı polis işçisinə həvalə edib”.


Məlumat oxu.az saytından götürülmüşdür.