“Azercell”in Mobil Diş və Göz Klinikaları təmənnasız xidməti davam etdirir

6 Baxış

2021-ci ilin ilk rübündə əksəriyyəti şəhid ailələri üzvləri olan 150-dən çox xəstə pulsuz müayinə və müalicə olunub.

Əhalinin aztəminatlı təbəqəsinə təmənnasız xidmət göstərən “Azercell Telekom” MMC-nin Mobil Diş və Mobil Göz Klinikaları 2021-ci ilin ilk üç ayında aktiv fəaliyyətini davam etdirib. Pandemiya dövründə belə fəaliyyət göstərən klinikaların həkimləri bütün təhlükəsizlik və gigiyena qaydalarına müvafiq şəkildə bu ilin ilk rübündə 150-dən çox xəstəni pulsuz müayinə və müalicə ediblər. 

Səyyar klinikalar respublikanın müxtəlif bölgələrində kimsəsiz uşaqlar və aztəminatlı ailələrlə yanaşı, şəhid ailələrinin üzvləri və Vətən müharibəsi qazilərinə xidmət göstəriblər. İlin əvvəlində Mobil Diş və Göz Klinikalarının həkimləri Xudat şəhərinə səfər ediblər. Səfər zaman aztəminatlı ailələrin və şəhid ailələrinin üzvlərindən olan 52 uşaq Mobil Diş Klinikasında müayinədən keçib.

Dişlərində problem aşkarlanan uşaqlar təmənnasız olaraq müalicə olunublar.

2021-ci ilin birinci rübündə “Azercell”in Mobil Göz Klinikasında 105 nəfər (53 uşaq, 52 böyük)  ödənişsiz göz müayinəsindən keçib. Təkcə Xudat şəhərində 50-dən çox xəstəyə yardım göstərilib. Bundan əlavə, Sumqayıtdakı 1 nömrəli Uşaq Gənclər İnkişaf Mərkəzində 30 nəfər səyyar klinika həkimlərindən kömək alıb.

Hesabat dövründə Sabunçu rayonunun Bakıxanov qəsəbəsində yaşayan şəhid ailələrinin üzvləri üçün də pulsuz göz müayinəsi həyata keçirilib. Həmçinin, Bakıda “Damla” aztəminatlı ailələrə qayğı İctimai Birliyinin 25 üzvü də Mobil Göz Klinikasının imkanlarından yararlanıblar. 

Qeyd edək ki, “Azercell Telekom” MMC-yə məxsus və 10 ildən çox müddətdə xüsusi qayğıya ehtiyacı olan əhaliyə təmənnasız xidmət edən mobil klinikalar “Xəzər Qayğıkeşlik Layihəsi” İctimai Birliyinin dəstəyi ilə fəaliyyət göstərir. Bu müddət ərzində Mobil Diş və Göz Klinikalarının həkimləri tərəfindən minlərlə insan müayinə edilib və zəruri müalicə alıb.

Daha ətraflı məlumat üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.

Azərbaycanın mobil rabitə sənayesinin lideri və qeyri-neft sektorunun ən böyük vergi ödəyicisi və sərmayəçisi “Azercell Telekom” MMC 1996-cı ildə təsis edilib. Hazırda 5 milyon abunəçi “Azercell”i seçir. Bazar payı 49%; ölkə ərazisi üzrə əhatə dairəsi: 89.3%; ölkə əhalisi üzrə əhatə dairəsi: 99,8% təşkil edir. “Azercell” ölkədə və MDB məkanında beynəlxalq “İnvestors İn People” İnsana Sərmayə Platin Sertifikatına layiq görülən yeganə şirkətdir. “Azercell” Beynəlxalq Biznes STEVIE Mükafatlarının “İlin kommunikasiya şirkəti” nominasiyası üzrə Qızıl Stevie mükafatı alan ölkənin yeganə şirkətidir. Bu nominasiya üzrə ən yüksək pillədə qərarlaşaraq Qızıl mükafatı əldə edib. Ölkəyə bir sıra yenilikləri ilk dəfə olaraq məhz “Azercell” gətirib: GSM texnologiyası, öncədən ödəmə sistemi, mobil internet xidmətləri, 24/7 Telefon Mərkəzi (*1111), 7/7 Ön Masa xidmətləri, “Azercell Ekspres” ofisləri, M2M, 4G , mobil və onlayn müştəri xidmətləri, sosial media üzərindən müştəri xidmətləri, mobil elektron imza xidməti “Asan İmza” və s. Mobil operator “Bakutel 2019” sərgisi çərçivəsində Azərbaycanda ilk dəfə pilot rejimdə 5G texnologiyasının sınaqlarını keçirib. “Azercell”in sürətlə böyüyən 4G şəbəkəsi Bakı və Abşeron da daxil olmaqla, ölkənin 60-a yaxın bölgəsini əhatə edir. Radio siqnalların şəbəkə keyfiyyətini ölçən və simsiz rabitənin əhatə dairəsi üzrə ixtisaslaşan beynəlxalq sistemlər tərəfindən aparılmış araşdırmaların nəticələrinə əsasən, “Azercell”in 4G şəbəkəsi Azərbaycanın mobil operatorları arasında ən yüksək göstəricilər nümayiş etdirib.


Məlumat oxu.az saytından götürülmüşdür.