ANAMA: Şuşaya “İskəndər-M” raketi atılıb

8 Baxış

Agentlik tərəfindən Şuşa şəhəri ərazisində aparılan təmizləmə əməliyyatı zamanı 15 mart tarixində iki müxtəlif yerdən raket qalıqları aşkar olundu. 

Oxu.Az-ın məlumatına görə, bunu jurnalistlərə açıqlamasında Azərbaycan Respublikası Minatəmizləmə Agentliyinin (ANAMA) operativ qərargah rəisi İdris İsmayılov deyib. 

O bildirib ki, agentliyin əməkdaşları tərəfinfən aparılan tədqiqat zamanı raketin üzərində olan 9M723 indeks kodu yoxlanılıb: 

“Bu zaman məlum olub ki, bu “İskəndər” raketinin qalıqlarıdır. Həmin qalıqlar bir-birindən 780 metr məsafədədir. Son aparılan araşdırma nəticəsində belə qənaətə gəlindi ki, atılmış raket “İskəndər-M” raketidir”. 

Onun sözlərinə görə, hazırda partlayış yerində və ətrafında ilkin tədqiqatlar gedir.


Məlumat oxu.az saytından götürülmüşdür.