Kanalizasiya qapaqlarını oğurlayan şəsx saxlanılıb – FOTO

11 Baxış

Gəncədə kanalizasiya qapaqlarını oğurlayan şəxs saxlanılıb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Gəncə regional qrupundan verilən məlumata görə, Gəncə Şəhər Baş Polis İdarəsinin Nizami rayon Polis İdarəsinə (RPİ) yağış sularının axıdılması üçün nəzərdə tutulan kanalizasiya quyusunun qapaqlarının oğurlanması barədə məlumat daxil olub.

RPİ-nin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində cinayəti törətməkdə şübhəli bilinən paytaxt sakini Qoşqar Əliyev tutulub. Saxlanılan şəxs ifadəsində həmin qapaqları Eldəniz adlı tanışı ilə oğurlayaraq metal qəbulu məntəqələrinə satdığını bildirib. Hazırda oğurluq hadisəsini törətməkdə şübhəli bilinən digər şəxsin saxlanılaraq istintaqa təqdim edilməsi istiqamətində əməliyyat-axtarış tədbirləri davam etdirilir.


Məlumat oxu.az saytından götürülmüşdür.