Autizmin əsas əlamətləri hansılardır? – AÇIQLAMA

12 Baxış

Valideynlər uşaqlarının autizmli olduğunu anlamaq üçün bu xəstəlik barədə məlumatlı olmalıdırlar.

Bu sözləri Səhiyyə Nazirliyi Psixi Sağlamlıq Mərkəzinin direktor müavini Gülnarə Musabəyova deyib.

O xəstəliyin əlamətlərini anlamaq və autizmin daha çox hansı yaş aralığında özünü göstərdiyini bilmək üçün aşağıdakı məlumatlara diqqətlə yanaşılmalı olduğunu bildirib:

“Uşaq anası və digər yaxınları ilə təmasda olmur;

Tez-tez eyni təkrarlanan hərəkətləri edir;

Maraq dairəsi məhduddur;

Uşağın davranışı çox vaxt dağıdıcıdır: aqressivdir, qışqıra bilər, özünə zərər verə bilər və s.”.

“Bir qayda olaraq, autistik əlamətlər üç yaşa qədər özünü göstərir. Bəzən valideyn uşağın digər sağlamlıq problemlərdən şübhələnir: nitq inkişafı ləngiməsindən və ya eşitmə zəifliyindən. Autistik pozuntuların ilk əlamətləri fərqlidir və valideyn onlara daha tez diqqət etməlidir. Məsələn, uşaq passivdir, yüksək səslərdən qorxur və onlara alışmır, həmişə yeməkdə seçicidir, müəyyən bir rəng, dad və ya qoxulu yeməyi sınaması üçün uşağı inandırmaq mümkün deyil”, – deyə həkim qeyd edib.


Məlumat oxu.az saytından götürülmüşdür.