Qarlı hava məktəblərdəki davamiyyətə necə təsir edib?

10 Baxış

Respublika ərazisindəki hava şəraiti ilə bağlı təhsil müəssisələrində şagirdlərin dərslərə davamiyyəti azalıb.

Oxu.Az-ın məlumatına görə, məktəblərin əksəriyyəti valideynlərə uşaqlarını dərsə göndərməməyi tövsiyə edib.

Qeyd edək ki, Milli Hidrometeorologiya Xidmətinin yaydığı məlumatda Bakıda və Abşeron yarımadasında fevralın 23-ü axşamdan 25-i səhərədək hava şəraitinin arabir yağıntılı olacağı, 23-dən 24-nə keçən gecə qara keçəcəyi gözlənilir, 24-də bəzi yerlərdə intensiv olacağı bildirilmişdi.

Eyni zamanda çovğun olacağı, havanın temperaturunun ötən günlərlə müqayisədə tədricən 5-10 dərəcə aşağı enəcəyi, 0-5 dərəcə şaxta olacağı qeyd olunmuşdu.


Məlumat oxu.az saytından götürülmüşdür.