Azərbaycanda qadın narkotik istifadəçilərinin sayı AÇIQLANDI

8 Baxış

“Azərbaycanda qadın narkotik istifadəçilərinin sayı beş faiz təşkil edir”.

Oxu.Az-ın məlumatına görə, bunu Respublika Narkoloji Mərkəzin şöbə müdiri Zamin Əliyev bildirib.

Onun sözlərinə görə, Azərbaycanda qadınlar arasında narkotik istifadəçiləri kişilərdən dəfələrlə azdır:

“Qadın narkotik istifadəçilərinin sayının az olması milli dəyərlərlə bağlıdır”.

O qeyd edib ki, narkotik asılılığından qurtulmaq istəyən şəxslər nə qədər tez həkimə müraciət edərsə, ona bir o qədər tez kömək etmək olar: “Tam sağalan insanlar var”.

İlhamə Əbülfət


Məlumat oxu.az saytından götürülmüşdür.