2020-ci ildə avtomobil qəzaları yollara nə qədər zərər vurub? – AÇIQLAMA

6 Baxış

“2020-ci il ərzində Bakı şəhərində 75 və respublikanın ümumi istifadədə olan avtomobil yollarında 429 olmaqla, yol qurğu və elementlərinə ziyan dəyməsi ilə nəticələnən 504 yol-nəqliyyat hadisəsi baş verib”.

Oxu.Az-ın müxbirinin verdiyi məlumata görə, bunu Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin (AAYDA) idarə heyətinin sədri Saleh Məmmədov 2020-ci ildə yerinə yetirilmiş işlər və qarşıdan duran vəzifələrə həsr olunan brifinqdə deyib. 

Sədr bunun nəticəsində 7858 metr əyrixətli tirlərin yarasız hala düşdüyünü qeyd edib:

“Eyni zamanda 80 metr mühafizə çəpərləri, 32 işıq dirəyi, 19 ədəd yol nişanı, 43 metr körpü məhəccəri, bir sərnişin dayanacağı, doqquz ədəd səsboğucu, üç ədəd informatik lövhə yararsız hala düşüb.

Ümumilikdə yol təsərrüfatına 637 min manat məbləğində maddi ziyan dəyib, bundan 431,5 min manatı (67,74 %) ödənilib. Dəymiş ziyanın qalan hissəsinin ödənilməsi məqsədilə 453 yol nəqliyyat hadisəsi ilə bağlı müvafiq sığorta şirkətlərinə, səkkiz yol nəqliyyat hadisəsi ilə bağlı avtonəqliyyat vasitələrinin sığortası olmadığına görə məhkəmələrə, 46 yol nəqliyyat hadisəsi törətmiş səbəbkar məlum olmadığından onların araşdırılaraq tapılması üçün Baş Dövlət Yol Polisi İdarəsinə müraciət olunub”.

“2020-ci ildə ilk dəfə olaraq, Bakı Nəqliyyat Agentliyinin sifarişi ilə Bakı şəhərində çatışmayan yol nişanlarından 3 162 ədədi quraşdırılıb”, – deyə sədr vurğulayıb.

Könül Cəfərli


Məlumat oxu.az saytından götürülmüşdür.