Xəzər rayonunda dördotaqlı ev yanaraq külə döndü

9 Baxış

Bakı şəhərinin Xəzər rayonunda ümumi sahəsi 80 m² olan kürsülü birmərtəbəli dördotaqlı evin yanar konstruksiyaları və içərisindəki ev əşyaları yanıb. 

Bununla bağlı Fövqəladə Hallar Nazirliyi məlumat yayıb. 

Yaxınlıqdakı tikililər yanğından mühafizə olunub. 

Alov yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.


Məlumat oxu.az saytından götürülmüşdür.