Bakıda 32 yaşlı qadın yol qəzasında xəsarət aldı
9 Baxış

Bakıda xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
“Report”un məlumatına görə, hadisə Nərimanov rayonunda qeydə alınıb.
İki avtomobilin toqquşması zamanı nəqliyyat vasitələrinin birinin sərnişini, 1989-cu il təvəllüdlü Bəhramova Nuranə Cəlal qızı xəsarət alıb.
Yaralı təcili yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb və həkim nəzarətinə götürülüb.
Faktla bağlı araşdırma aparılır.
Məlumat oxu.az saytından götürülmüşdür.