Parlamentin komitə sədrindən şad XƏBƏR: Bu il 60 min iş yeri açılacaq

9 Baxış

Azərbaycanda 2021-ci ildə 60 min sosial iş yeri açılacaq.

Oxu.Az-ın “Milli Məclis” jurnalına istinadən verdiyi məlumata görə, bunu parlamentin Əmək və sosial siyasət komitəsinin sədri Musa Quliyev bildirib.

Deputat qeyd edib ki, həmin iş yerləri ilkin olaraq sosial müdafiəyə daha çox ehtiyacı olan şəxslərə təqdim ediləcək.

“Heç şübhəsiz ki, dövlətin sosial müdafiə tədbirləri davamlı və daha əhatəli olacaq, daha da genişlənəcək, onların maddi, sosial, tibbi, psixoloji problemlərinin kompleks həlli üçün efektiv tədbirlər görüləcək”, – deyə M.Quliyev əlavə edib.

Aqşin Kərimov


Məlumat oxu.az saytından götürülmüşdür.