Şəhid əmanətinə yardım: Baku TV-nin çağırışı cavabsız qalmadı – VİDEO

9 Baxış

Xəbər verdiyimiz kimi, Baku TV bir neçə gün öncə küçələrdə salfet sataraq ailəsinə kömək edən Əli Həbibovun evində olub.

Əlinin evi maşının yük daşınan hissəsidir. O, bu evdə anası və bacısı ilə birgə yaşayır. 

Bir neçə il öncə Əli Quliyev Şəhriyarla tanış olur. Şəhriyar bu ailəyə kömək olub, hər ay onların ziyarətinə gəlib. 

Quliyev Şəhriyar Nəsib oğlu 44 günlük vətən müharibəsində adını tarixə qanla yazdıran şəhidlərimizdən biridir. 

Baku TV-nin çəkilişindən sonra adının çəkilməsini istəməyən bir şəxs Əlinin yaşadığı yerdə olanlara ev tikdirir. 

Daha ətraflı Baku TV-nin süjetində:


Məlumat oxu.az saytından götürülmüşdür.