Vətəndaşlarımız ötən ay ən çox hansı ölkələrə gedib?

5 Baxış

Bu ilin yanvar ayında 27,8 min nəfər Azərbaycan vətəndaşı xarici ölkələrə səfər edib.

Oxu.Az-ın Dövlət Statistika Komitəsindən əldə etdiyi məlumata əsasən, 2020-ci ilin yanvar ayı ilə müqayisədə xarici ölkələrə gedən vətəndaşlarımızın sayı 15,6 dəfə azalıb.

Ölkə vətəndaşlarının 48,1 faizi Türkiyəyə, 14,8 faizi Rusiya Federasiyasına, 10,4 faizi Gürcüstana, 8,7 faizi İrana, 18 faizi digər ölkələrə səfər edib.

Gedənlərin 77,2 faizini kişilər, 22,8 faizini qadınlar təşkil edib. Bu dövrdə ötən ilin eyni ayı ilə müqayisədə İrana gedən Azərbaycan vətəndaşlarının sayı 68,1 dəfə, Gürcüstana gedənlərin sayı 45,1 dəfə, Rusiya Federasiyasına gedənlərin sayı 17,8 dəfə, Türkiyəyə  gedənlərin sayı isə 3,2 dəfə azalıb.

2021-ci ilin yanvar ayında xarici ölkələrə səfər edən Azərbaycan Respublikası vətəndaşlarının 31,2 faizi dəmir yolu və avtomobil, 60,7 faizi hava, 8,1 faizi isə dəniz nəqliyyatından istifadə edib.

Qeyd edək ki, koronavirus (COVID-19) pandemiyasının yaratdığı böhran nəticəsində turizm sektorunda müşahidə olunan tənəzzül digər ölkələrdə olduğu kimi, Azərbaycanda da davam edib.


Məlumat oxu.az saytından götürülmüşdür.